"Xocalı Soyqırımı"ndan 25 il keçir
Məktəbdə Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar IX sinifdə dəyirmi masa keçirilib. Şagirdlər xalqımıza yönəlmiş bu faciənin səbəbkarları və onların mənfur siyasi məqsədlərini müzakirə etmiş, öz fikir və düşüncələrini paylaşmişlar. Bu faciənin törədilməsində erməni terrorçularının və onlara havadarlıq edənlərin bir milləti yox etmə çabalarının puç olduğunu, istədikləri məqsədə heç vaxt nail ola bilməyəcəklərini dəfələrlə vurğulamışlar. Onlar daim inkişaf edən və hər an irəliyə doğru addımlayan gəncliyimizi, dünya səviyyəsində olan təhsilimizi və dünyada öz sözünü deyə biləcək bir dövlət olduğumuzu görür, bilir və qorxur. Bu qorxu onları ən alçaq işlərə əl atmağa vadar edir. Şagirdlər daha sonra faciəni əks etdirən videolara baxıblar.