Yeni təyin edilmiş direktorun məktəbdə apardığı işlər barədə qısa məlumat

Bu günlərdə məktəbimizə yeni təyin olunmuş direktor-Asif Nəbiyev kollektivə təqdim olunmuşdur. Təqdimatda Nizami Rayon İcra başçısının müavini Gülnaz xanım İsrafilova və Bakı Şəhər Baş Təhsil İdarəsinin İnsan Resursları sektorunun mudiri Raman Məmmədov iştirak etmişlər. Təqdimatda çıxış edən Asif Nəbiyev öz fəaliyyətində qanunçuluq, demokratiklik, humanistlik, işgüzarlıq və s. prinsipləri əsas götürəciyini qeyd etmişdir. 2017-ci il fevralın 8-də pedaqoji şuranın növbədənkənar iclası olmuşdur. Gündəlik məsələ məktəb direktoru Asif Nəbiyevin pedaqoji kollektivlə tanışlığı olsa da bir sıra məsələlər müzakirə olunmuşdur. Pedaqoji şura qərara almışdır ki, müəllimlərin və məktəb işçilərinin əməyinin stimullaşdırılması üçün ay sonlarında bir sıra nominasiyalar müəyyənləşdirilsin. İlk nominasiya dərs proseslərində İKT-dən istifadə üzrə keçiriləcək və qalib bu il martın 10-da müəyyən olunacaqdır. Bundan başqa "Həmkara dəstək" qrupunun yaradılması nəzərdə tutulmuş ki, adından göründüyü kimi bu qrupun əsas məqsədi müəllimlərin öz imkanları daxilində həmkarlarına kömək etməsidir. Ilk olaraq ingilis və rus dili müəllimlərinin həftədə 2 dəfə digər ixtisas müəllimləri ilə dil vərdişlərinin inkişafı üzrə, informatika müəlliminin kompüter bilikləri üzrə məşğələlər aparması nəzərdə tutulmuşdur. Yeri gəldikcə bu sahədə digər tədbirlər də həyata keçiriləcəkdir. 9 fevral tarixində Asif Nəbiyev IX sinif şadirdləri ilə, 10 fevralda isə X və XI sinif şagirdləri ilə görüşmüşdür. Tanışlıqdan sonra məktəbdəki vəziyyət barədə anonim sorğu keçirmişdir. Sorğunun nəticələri işlənərək şagirdlərin təkliflərinə diqqət yetirilmişdir. Asif Nəbiyev tanışlıq məqsədi ilə idarə edici heyətlə müşavirə keçirmiş, daha sonra isə metodbirləşmə üzvləri ilə görüşmüşdür. Görüşlərdə məktəbdəki tədris səviyyəsi geniş müzakirə olunmuş, təklif və tövsiyələr irəli sürülmüşdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi