"Dilimizi qoruyaq" layihəsi çərçivəsində tədbirlər

Məktəbin 6b sinif şagirdləri fənn müəllimi Elnaz Eyvazın təşkilatlığı ilə "Dilimizi qoruyaq" layihəsi və  Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində müəllifi və rejissoru xalq yazıçısı Anar olan "Üzeyir ömrü" filmini müzakirə ediblər. Onlar təkcə Üzeyir bəy və onun həyat-yaradıcılığı ilə deyil, eyni zamanda Qarabağ-Şuşa musiqi mühiti ilə, eyni dövrün digər sənətkarları ilə tanış olublar. M.Maqomayev, H.Ərəblinski, Ə.Ağdamski, Ş.Məmmədova, H.Sarabski və digər digər sənətkarla bağlı təqdimatlar hazırlayıblar. Məktəbimizin müsiqi müəllimi Nailə müəllim fortepianoda Üzeyir bəyin əsərlərindən ifa edib. Tədbirin sonunda məktəbin direktoru Ruslan Ağamalıyev belə müzakirələrin tez-tez keçirilməsini təqdir etdiyini bildirib, uşaqlara səsləndirdikləri fikirlərə, hazırladıqları təqdimatlara görə təşəkkür edib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi