Bullinq haqqında psixoloq tövsiyələri
Bu gün bir ay davam edən ADA unversitetinin tələbələri ilə birgə həyata keçirilən “Bulinq əleyhinə Briqada Sosial Məsuliyyət layihəsi” yekunlaşdı. 7ci siniflərdə aparılan seminarlarda və fəaliyyətlərdə şagirdlər bu yaşda belə situasiyalarla üzləşdikdə necə davranacaqları barədə biliklər qazandılar. Layihənin yekununda tanınmış uşaq psixoloqu Anara Quliyeva layihənin qonağı oldu. Şagirdlərə bu yaş dövrlərində rastlaşacağı bir çox situasiyalarda necə davranmalı olmaları haqqında onlara tövsiyyələr verdi. Şagirdlər görüşdə Anara Quliyevaya onları narahar edən və maraqlandıran suallar verdilər. Məktəb rəhbərliyi və müəllimlər tədbirdə iştirak etdilər.