"Dilimizi qoruyaq" layihə çərçivəsində şagirdlər kitab mərkəzində
Dilimizi qorumaq, inkişaf etdirmək hər birimizin borcudur. Zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, parlaq gələcəyə malikdir.
Ana dilimizin qorunması, inkişaf etdirilməsi məqsədilə məktəbimizdə bir sıra tədbirlər, layihələr həyata keçirilir.
Dekabr ayı məktəbimizdə "Azərbaycan dili və ədəbiyyat aylığı" kimi qeyd olunur.
Bu məqsədlə 1 b sinif şagirdləri və sinif rəhbəri Cabbarova Kifayət Libraff kitab mağazasında olmuş, mağazada təşkil olunan "Nağıl saatı" layihəsində iştirak etmişdir. Layihə çərçivəsində şagirdlər yazıçı və teleaparıcı Vüsalə Məmmədovanın ifasında nağıl dinləmiş, dinləyib-anlama bacarıqlarını qiymətləndirmək məqsədilə müzakirələr aparmışlar. Sonda şagirdlər oxu bacarıqlarını inkişaf etdirmək məqsədilə yeni, maraqlı kitablar əldə ediblər.
Yeni kitablar şagirdlərdə mütaliəyə həvəs, maraq oyatmağa, mütaliə isə ana dilini daha da dərindən mənimsəməyə zəmin yaradır.