"20 Yanvar" faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq dəyirmi masa keçirilmişdir
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar məktəbimizin X sinif şagirdlərinin keçirdiyi dəyirmi masada xalqımızın azadlıq uğrunda mübarizə ruhunu əks etdirən kinofilm izləmişlər. Filmdə göstərilən vəhşilik, azadlıq səsimizi boğmağa çalışan imperiya ordusunun törətdiyi qırğın haqqında fikirlərini, hislərini bölüşmüşlər. Şagirdlər Vətənin müstəqilliyi uğrunda verilən qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişdirlər. Daha sonra isə vətənpərvərlik duyğulu şeirlər söyləyərək tədbiri bitirmişlər. Sinif rəhbəri İsayeva Sevil sonda çıxış edərək hər zaman azadlıq mübarizəsinin necə bir şərəfli yol olduğunu bir daha vurğulamış, şagirdlərə hər zaman harda olursa olsun vətəndaşın vətənpərvərlik hislərinin yüksək olmasının vacib olduğunu qeyd etmişdir.