Firidun bəy Köçərilinin anadan olmasının 160 illiyi münasibəti ilə Respublika Uşaq Kitabxanasına ekskursiya

Pedaqoq ədəbiyyatşünas alim, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F. Köçərilinin anadan olmasının 160 illiyi münasibəti ilə məktəbin 8 A sinif şagirdləri, kitabxana rəhbəri M.Mustafayeva və sinif rəhbəri T.Kərimova ilə birlikdə Respublika Uşaq kitabxanasına ekskursiya təşkil olunub.

İlk olaraq kitabxana əməkdaşı məktəbliləri kitabxana ilə yaxındandan tanış edib, həmçinin yeni kitabxana texnologiyalarının tətbiqi, oxucuların dünyagörüşünün, mədəni səviyyəsinin yüksəlməsində kitabların müstəsna rolundan bəhs edib.Şagirdlərə Firudin bəy Köçərilinin həyat və yaradıcılıgından,sonralar onun yolunu davam etdirən ömür-gün yoldaşı Badisəba xanımın fəaliyyətindən onun Bakıda, Şəkidə internat məktəblərinin açılmasında göstərdiyi müstəsna rolundan bəhs edən sənədli film təqdim edilib.Kitabxanada olduqları müddətdə şagirdlər həmdə yazıçı Solmaz Amanova ilə görüşüb , yazarın kitabları ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi