" Mini futbol "

Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakının Nizami rayonunun məktəbləri arasında keçirilən mini-futbol turniri mayın 4-də başa çatıb. Rayondakı 23 ümumtəhsil məktəbinin komandalarının mübarizə apardığı turnirin finalında 328 və 220 nömrəli məktəblərin komandaları qarşılaşıblar. Beləliklə, turnirdə 328 nömrəli tam orta məktəbin komandası 1-ci, 220 nömrəli tam orta məktəb komandası 2-ci yer, 32 nömrəli tam orta məktəbin komandası isə 3-cü yeri tutub.Qalib komandalara kubok, medal və fəxri fərmanlar verilib.Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin müavinləri, millət vəkili, Nizami rayon YAP təşkilatının sədri Sədaqət Vəliyeva, Nizami rayon Gənclər və İdman idarəsinin rəisi Elşən Mirzəyev və digər qonaqlar iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi