Kiçik Akademiyanın üzvləri Elm Muzeyində oldular
“Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxarmaq,yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək,bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək,tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək məqsədilə məktəbin Fizika müəllimi Təhminə Kərimova və “Kiçik Akademiya”nın üzvləri İnteraktiv Elm Muzeyinin qonağı oldular.”Kiçik Akademiya”nın üzvləri elmin ancaq testlərdən ibarət olmadığını və həyatın suallarına cavab olduğunun şahidi oldular.Muzeyin qurucusu Elçin Abbasov üzvləri eksponatlarla tanış etdi və çoxlu maraqlı sualları cavablandırdı. İnteraktiv Elm Muzeyini çox bəyənən şagirdlər müxtəlif təbiət hadisələrinin "Gör, toxun, et" prinsipi ilə nümayişini,enerjinin bir növdən digərinə çevrilməsini,işığın spektrə
ayrılması- dispersiya hadisəsini müxtəlif təcrübələrlə müşahidə etdilər.