"Xəzər Universiteti ilə əməkdaşlıq"

2015-ci il aprelin 30-da Azərbaycan dili və ədəbiyyatı departamentinin təşəbbüsü ilə Nizami rayonu 328 nömrəli məktəblə Xəzər Universitetinin əməkdaşlığı çərçivəsində həmin məktəbin yuxarı sinif şagirdlərinin universitetlə tanış olması məqsədilə tədbir keçirildi. Məktəblilər kitabxana, Mədəniyyət Mərkəzi, dərs otaqları və laboratoriyalarla tanış olduqdan sonra universitetin təqdimatı ilə bağlı videoçarxı izlədilər. Xəzər Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının, İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlının, İctimai əlaqələr və media mərkəzinin direktoru Əlövsət Əmirbəylinin, Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Həsən Niknafsın, Təhsil fakültəsinin dekan müavini Zərifə Əliyevanın, Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri Vurğun Əyyubun iştirak etdiyi tədbirdə şagirdlərə universitet haqqında ətraflı məlumat çatdırıldı, onların hər birinə hədiyyələr təqdim edildi. Tədbirin sonunda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnaz Eyvazlı təşkilatçılara və universitet rəhbərliyinə göstərdikləri diqqət və qonaqpərvərliyə görə təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi