Məktəbin həyətində ağacəkmə aksiyası keçirildi

Bu gün məktəbin həyətyanı sahəsində ağacəkmə aksiyası təşkil olundu. Məktəbin biologiya müəllimi Sevil İsayevanın təşkil etdiyi bu aksiyada 6 b sinfi və məktəb rəhbərliyi iştirak etdi. Məktəbin həyətinə 6 ədəd Xan çinar ağacı əkildi. Müəllimə həm də biologiya dərsində ”Vegetativ çoxalma” mövzusunu açıq havada tədris etdi. Şagirdlər bu dərsdə hazırladıqları rəsm işlərini və təgdimatları nümayiş etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi