Məktəbimizdə Azərbaycan dili və ədəbiyyat aylığı keçirildi

Məktəbimizdə Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. “Azərbaycan dilimizi qoruyaq” adı altında 5c sinfinin hazırladığı tədbir bu aylığın yekunu kimi qeyd olunmuşdur. Tədbirdə dilimizin incəliklərini əks etdirən şeirlər, saz sədaları altında şair, yazıçılarımızın dilimiz haqqında dəyərli sözləri söylənmiş və piano müşayətində mahnılar oxunmuşdur. Danışığımızda dilimizə daxil edərək bəzi əcnəbi sözlərdən istifadə etməyi satiraya çevirərək şagirdlər səhnəciklər nümayiş etdirmişlər. Bundan əlavə şagirdlər Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindən bir parça səhnələşdirərək tamaşaçılara bildirdilər ki, insanlar başqa ölkələrdə yaşasalar belə öz dillərini heç vaxt unutmamalıdırlar. Hər zaman dəyər verərək qorumalıdılar. Tədbirdə məktəbin müəllimləri iştirak edərək 5c sinfinin ədəbiyyat müəllimi həm də sinif rəhbəri olan Aynur Əhmədovanın fəaliyyətini vurğulayaraq şagirdlərin səhnə, qiraət bacarıqları və nitq qabiliyyətlərini yüksək qiymətləndirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi