"Heydər Əliyev ili"nə həsr olunmuş bilik yarışması oldu

Fevral ayı riyaziyyat aylığı ilə əlaqədar olaraq və “Heydər Əliyev ili” münasibətilə məktəbin riyaziyyat müəllimi Ülkər Məmmədovanın rəhbərliyi ilə bilik yarışması keçirildi. Yarışmada məktəbin 6- cı sinifləri iştirak edirdi. Tədbirin açılışında Vətənin azadlığı uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra 5 “a” sinfi “Rəqəmlərin söhbəti” adlı kompozisiya ilə çıxış etdilər. Yarışmada 5 komanda “ADA”, “Lütfüzadə”, “Zəfər”, “Evklid” , “Xarı bülbül” komandaları iştirak etdi. 1-ci yerə layiq görülmüş ”Zəfər” komandasına məktəbin direktoru tərəfindən mükafatlar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi