Şagirdlər Bakı Kitab Mərkəzində oldular
Kitab dilin “açarıdır”! Kitab oxuyaraq nitqini yaxşılaşdırmaq, söz ehtiyatını artırmaq, zövqünü formalaşdırmaq və maariflənmək məktəbdə təhsil alan şagirdlər üçün çox vacibdir. Bizim Ana dilimiz isə çox zəngin, xəlqi və ahəngdar bir dildir. Onu qorumaq və düzgün ifadə etmək hər birimizin borcudur. Hər bir xalqın mənəviyyatı, Vətənə, Anaya sevgisi elə öz ana dili ilə, ana dilində eşitdiyi ilk sözlərlə - ana laylası ilə yoğrulur. Hər xalqın şifahi ədəbiyyatı onun öz dilində - dədə-babalarının dilində yaranır. Ana dili də Vətən kimi müqəddəsdir. Onun qayğısına qalmaq, onu qorumaq, bu dildə gözəl nitqə sahib olmaq hamımızın vicdan borcudur.
Bu gün Həmid Abbasbəyli adına 6”b” sinif şagirdləri sinif rəhbəri Sevil İsayeva ilə birgə Bakı Kitab Mərkəzində oldular.