21 fevral Beynəlxalq "Ana dili " günü ilə bağlı tədbir keçirildi

21 fevral Beynəlxalq "Ana dili " günü ilə bağlı 328 nömrəli tam orta məktəbin 7a, 3b və 4a sinif şagirdləri və Abdulla Şaiq Mənzil - Muzeyinin birgə təşkilatçılığı ilə məktəbin akt zalında tədbir -kompozisiya keçirildi. Tədbirə 7a sinfi "Şirin dil" mahnısı ilə başladı.Hüseyn Cavid və Gülbaharın söhbəti ilə davam etdilər,məlumatlar və şeirlər səsləndirdilər. Abdulla Şaiq Mənzil - Muzeyinin dərnəyinin üzvü olan uşaqlar rəqs nömrəsi,şeirlər səsləndirdilər.3b sinfi rəqs və məlumatlar səsləndirdi.4 a sinif şagirdləri müxtəlif şeirlər və Cəlil Məmmədquluzadənin "Anamın kitabı"ndan səhnəcik nümayiş etdirdilər. Bəxtiyar Vahabzadənin öz diıindən şeir səsləndi. Azərbaycan məqaləsindən bir hissə göstərildi.Ümumilikdə tədbirdə şagirdlər ana dilinin önəmini,günümüzdə düzgün ana dilində danışmağın vacibliyini bir daha göstərmiş oldular. Sonda muzeyin direktoru Abdulla Şaiqin nəvəsi Ülkər xanım çıxış edərək məktəbin kitabxanasına kitab hədiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi