Şagirdlər STEAM dərslərində
STEAM tədris metodikası uşaqlarda elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat üzrə tənqidi düsünmə, araşdırma və kommunikasiya bacarıqlarını inkişaf etdirir. Məktəbin 6-cı və 7-ci siniflərində STEAM dərsləri əyləncəli və maraqlı keçir. Şagirdlər “Mikrobitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Robototexnika” aid işləri fizika-STEAM müəllimi Təhminə Kərimovanın təşkilatçılıgı ilə çox həvəslə yerinə yetirirlər.