Məktəbin psixoloqu tərəfindən dərs dinləmələr aparılır
Yanvar ayından başlayaraq məktəbin fəaliyyət və inkişaf planına əsasən siniflərdə psixoloq və təşkilatçı tərəfindən dərs dinləmələr həyata keçirilir. Bu dinləmələr zamanı həm sinfin ümumi vəziyyəti, həm də müəllim-şagird münasibətlərinin səviyyəsi və keyfiyyəti qiymətləndirilir. Müntəzəm olaraq dinləmələrdən sonra həm müəllimlərlə müzakirələr, həm də şagirdlərlə görüşlər və anonim anket sorğular aparılır.