Peşəyönümü işinin təşkili
Şagirdlərin peşə seçimlərinin istiqamətləndirilməsi və maarifləndirmə məqsədilə peşə məktəblərinə ekskursiyalar təşkil olundu. 10 fevral tarixində məktəbin psixoloqunun rəhbərliyi ilə 9-cu və 8-ci siniflərin şagirdləri Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 4 nömrəli Bakı Peşə Liseyində oldular. Şagirdlər burada müxtəlif ixtisaslarla, sinif otaqları və ümümi şəraitlə tanış oldular.