Metodiki seminarlar davam edir

Ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti üçün təşkil olunan metodiki seminarlar davam edir.

Növbəti seminarlar Nərimanov və Nizami rayonunun ümumi təhsil məktəblərini əhatə edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva və İdarənin müvafiq struktur bölmə rəhbərləri metodiki seminarların gedişini müşahidə ediblər.

İdarə müdiri Mehriban Vəliyeva valideyn-məktəb əməkdaşlığı, şagirdlərin psixoloji dayanıqlılığının artırılması, məktəbdaxili intizam qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması kimi məsələlərə toxunub. M.Vəliyeva müvafiq məsələlər barədə tapşırıq və tövsiyələrini verib, metodiki seminarların praktik əhəmiyyəti haqqında fikirlərini bildirib.

Sessiyalarda BŞTİ-nin müvafiq struktur bölmə əməkdaşları, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, fənn metodbirləşmə rəhbərləri, məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.

Seminarlarda ümumi təhsil müəssisələrinin keyfiyyət göstəriciləri, təmayülləşmə, istedadlı şagirdlərlə iş, şagird nailiyyətlərinin qiymətləndirilməsi, keyfiyyətə nəzarət, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması, dərsin daha səmərəli və effektiv təşkili üçün metodiki yanaşmalar, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəb saytlarının idarə olunmasında qarşıya çıxan problemlərin həlli və digər müvafiq mövzularda təlimati tövsiyələr verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, metodiki seminarlar paytaxtın 12 inzibati rayonu üzrə keçiriləcək. Seminarların keçirilməsinin əsas məqsədi tədrisin səmərəli təşkili işinə dəstək vermək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi