Qrant layihə
Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin nəticələri açıqlanıb. Sevindirici haldır ki, 328 nömrəli məktəbin adı da qaliblər siyahısındadır. Layihənin adı belədir: "Azəri yurdunun oğluyam mən də..."
Layihənin adı Xalq Şairi Səməd Vurğunun "Vaqif" dramında dahi Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin Ağa Məhəmməd Şah Qacara verdiyi cavabdan götürülüb: Azəri yurdunun oğluyam mən də, az-az uydururam yeri gələndə...
Layihəyə görə bədii yaradıcılığa meylli olan Bakı məktəbləri şagirdləri seçilir, onlarla təlimlər keçirilir, əsərləri təhlil edilir. Bu proses davam etdirilir və say azaldılır. Sonda qaliblər-ən yaxşı şeir, hekayə və oçerklərin müəllifləri qalır. Ədəbiyyat qəzeti bu əsərləri dərc edir. Ən yaxşı əsərlər kitab şəklində də çıxacaqdır. Məşğələləri ədəbiyyatçılar Bədirxan Əhmədov-AMEA Ədəbiyyat İnstitunun professoru, Təhminə Bədəlova-AMEA Ədəbiyyat İnstitunun dosenti və Razim Məmmədov-ADPU-nun dosenti aparacaqlar. Gələcək ədiblərə və layihə iştirakçılarına uğurlar!