Yay məktəbi. Bağlanış.

30.06.2022-ci il tarixində "Yay məktəbi" layihəsinin bağlanışı günündə 328 nömrəli məktəbin bir qrup müəllim və şagirdləri 113 nömrəli məktəbdə qonaq oldular. Hər iki məktəbin şagirdlərinin marağına səbəb olan tədbir keçirildi.

Tədbir bədii hissə ilə başlandı. Nağaraçılar qrupu, tar ifası, deyilən şeirlər, sazda ifalar, xüsusən rəqqasların ifası alqışlarla qarşılandı.

Riyaziyyat müəllimləri Aliyə Dadaşova əyləncəli riyazi oyunlar keçirdi,

İngilis dili müəllimi Mehriban Muradovanın "Conversation" proqramı şagirdlərin çox xoşuna gəldi,

Tarix müəllimi Nigar Asmənd viktorina keçirdi,

Riyaziyyat müəllimi Səbahət Mahmudova yer üzərində ölçmələrə aid açıq havada praktiki dərs keçdi,

Məktəbin bağçasında ekoloji təmizlik aparıldı,

Müəllim və şagirdlərə 113 nömrəli və 328 nömrəli məktəbin adından sertifikatlar təqdim edildi.

Səmimi qarşılanmağa görə 113 nömrəli məktəbin direktoru Gültəkin Rüstəmovaya və bütün müəllim-şagird kollektivinə təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi