"BAYRAĞIMIZ QÜRUR MƏNBƏYİMİZDİR" MÖVZUSUNDA ƏDƏBİ BƏDİİ KOMPOZİSİYA KEÇİRİLMİŞDİR
Bu gun məktəbimizdə "Bayrağımız qürur mənbəyimizdir" mövzusunda ədəbi bədii kompozisiya keçirilmişdir. 4c sinfində keçirilən tədbiri şagirdlər Himn oxunuşu ilə açmış , daha sonra şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə Bayraq və Vətən haqqında şeirlər söylənmiş, mahnılar oxunmuş, vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə şagirdlər əsgər geyimində səhnələr nümayiş etdirmişlər. Sonda sinif müəllimi çıxış edərək şagirdlərin vətənini canından çox sevən, hər zaman onun keşiyində duran, əsl vətəndaş kimi böyüməsində lazımi təlim-tərbiyəni verdiyini söyləmişdir. Sonda isə tədbirdə iştirak etdiklərinə görə, bütün qonaglara öz təşəkkürünü bildirmişdir.