"Biz mütaliəni sevirik"mövzusu ətrafında dəyirmi masa
07.02.2022-ci il tarixində sinifdənxaric oxu üzrə şagirdlərə mütaliə vərdişlərinin aşılanması məqsədilə məktəb kitabxanasında Azərbaycan dili və ədəbiyyat müəllimi Nərmin Məmmədovanın təşkilatçılığı ilə "Biz mütaliəni sevirik"mövzusu ətrafında dəyirmi masa təşkil olundu. Şagirdlər " Mütaliə nədir?Uğurlu mütaliənin sirri nədədir? Mütaliə bizə nəyə görə lazımdır?"kimi suallara cavab tapdılar. Sonra mütaliə etdikləri ən son əsərlərin qısa məzmununu yoldaşları ilə bölüşdülər.