Şagirdlərin maarifləndirməsi məqsədilə məktəbdə iki mövzuda təlim keçirilmişdir
Məktəbli yeniyetmələr və gənclər arasında ekoloji mövzuda maarifləndirmə, şagirdlərin ekoloji savadlılığının artırılması, onlarda ətraf mühitin qorunması ilə bağlı sosial bacarıqların formalaşdırılması məqsədilə məktəbimizdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Yaşıl dünyamız –sağlam gələcəyimiz” adlı fərdi layihənin əməkdaşları tərəfindən təlim keçirilmişdir. Təlimdə ekoloji problemlər, onların fəsadları, dünyada və ölkəmizdə mövcüd problemlərin həlli yolları barədə söhbətlər, şagirdlərlə fikir mübadilələri və geniş müzakirələr aparılmışdır. Ekoloji vəziyyətin təkcə ətrafa deyil həm də insan sağlamlığına təsir etdiyi amilllər barəssində müxtəlif fikir mübadiləsi etmişlər. Təlimdə şagirdlərlə qrup işləri aparılmışdır.İnsan alverinin auditoriyasının genişlənməsinin səbəbləri və bu prosesin qarşısının alınmasında cəmiyyətin dəstəyi yollarının axtarılması məqsədilə də əməkdaşlar digər bir mövzuya -İnsan alveri ilə bağlı mövzuya toxunmuşlar. Onlar insan əməyinin hər cür istismarının müasir cəmiyyətə və həyat şəraitinə necə mənfi təsir etdiklərlərindən danışmış, məktəbliləri fikir mübadiləsinə cəlb edərək, bu mövzunun daha da açıqlanmasına nail olmuşlar. İnsan alverinin qarşısının alınması yollarını izah edərək şagirdlərə müxtəlif məlumatlar vermişlər.