2014/2015 tədris ilinin ümumi hesabatı haqqında məlumat

2015-2016-cı tədris ilində bir sıra tədbirlərdə məktəbimiz uğurlar əldə etmişdir. İlin əvvəlindən başlayaraq istər məktəbdaxili , istərsə də məktəbdənkənar müsabiqələr, bilik yarşmaları, idman sahələri üzrə müxtəlif tədbirlər keçirilib. Biz və məktəbimizin kollektivi bu tədbirlərdə yaxından iştirak etmişik. Bu cür ictimai işlərdə şagirdlərin iştirak etmək həvəsi gündən-günə daha da artır, bu da bizi məktəb kollektivi olaraq çox sevindirir və fərəhləndirir.Bu tədbirlərin keçirilməsi şagirdlərin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığı üçün bu sahəyə diqqəti daha da artırmışıq. Məktəbdə oktyabr ayında Fövqəladə Hallar Nazirliyinin xətti ilə “Ətraf mühit uşaqların gözü ilə” mövzusunda tədbir keçirilmişdir. Müxtəlif məktəblərdən uşaqlar plakatlar, şəkillər , əl işləri, oyuncaqlar, maketlər və s.düzəltmişlər. Məktəbimizin 3b sinif şagirdi İsmayılzadə Vaqif öz “Zəlzələ” maketi ilə 2-ci yerə layiq görülərək həm Təhsil Nazirliyinin həm də Fövqəladə Hallar Nazirliyinin diplomları ilə təltif olunmuşdur. Elə həmin ayda 210 nömrəli məktəbdə “Dövlət Müstəqilliyi Günü” münasibətilə “Müstəqilliyimiz Əbədidir” mövzusunda şeir müsabiqəsi keçirilmişdir ki, həmin müsabiqədə bizim məktəbin 6a sinif şagirdi Hüseynzadə Məryəm iştirak etmişdir. Bundan əlavə məktəbimizin komandası Mini – futbol yarışı üzrə Bakı şəhər birinciliyində 3-cü yerə layiq görülmüşdür. Məktəbin şagirdlərindən 1b sinif şagirdi Məcidzadə Duyğu Samir qızı “Ocaq” İK idman təşkilatı İOEUGGM birinciliyində idman gimnastikası-qızlar yarışında II yerə layiq görülüb. Həmçinin Duyğu “Ocaq Sport” idman təşkilatı Azərbaycan Respublikası 22-ci Qadın İdman Gimnastikasında kiçik (2007-2009) yaş qrupları üzrə II yerə layiq görülmüdür. Bundan başqa məktəbin 7b sinif şagirdi Əhmədova Səbinə və 8b sinif şagirdi Qarayev Fərid Nizami Rayonu üzrə Badminton idman yarış növü üzrə birinci yerə layiq görülmüşlər.YAP-da “ 20 yanvar”la bağlı rəsm müsabiqəsində məktəbimizin 10A sinif şagirdi Tagızadə Camal iştirak etdi və diplomla təltif olundu.Uşaq və Gənclər yaradıcılığının direktoru tərəfindən 15aprel 2016- cı il YAP Nizami rayon təşkilatında Ümumi Milli Lider Heydər Əliyevin 93-cü il dönümümə həsr olunmuş “Ürəklərdə yaşayan dahi şəxsiyyət “mövzusunda seir müsabiqəsi kecirilmiş və məktəbin 8b sinif şagirdi İsmayılova Səbinə 3 yerə layiq görülmüşdür.18 mart 2016-ci il 238 saylı məktəbdə Nizami rayon məktəbliləri arasında “Novruz bayramına “həsr olunmuş “Folklor müsabiqəsi kecirilmişdir.Bizim məktəbdən Musiqi alətində tarda solo ifada 1-ci yeri Şıxaliyev Fateh , əcnəbi rəqs kollektivdə isə Abbasova Fatimə və Abbasova Mələk 3cü yerə layiq görülmüşdür.42-ci Ümumdünya şahmat Olimpiadasına həsr olunmuş Nizami rayon birinciliyində Zeynalov Şirzad və Heydərova Səbinə I yerə layiq görülmüşlər.15aprel 2016 ci ildə “Səni tərənnüm edirəm Azərbaycan” adlı şeir və mahnı nominasiyası üzrə 260 nömrəli məktəbdə müsabiqə keçirilib.Bizim məktəbdən 6c sinif şagirdi Zamanova Billurə və 3b sinif şagirdi Güləndam 2-ci yerə, layiq görülmüşdür.Sonda isə məzunlarımızın uğurlu nəticəsi bütün məktəb kollektivini qürürlandırdı.14 nəfər məzunlarımızdan 11 nəfəri tələbə adını qazanmışdırlar. Yeni tədris ili üzrə isə artıq 103 nəfər 1-ci sinfə qəbul olunub, 4 sinif komplektləşib. İlin sonu 603, indi isə 680-dən artıq şagird kontingenti artıb. 2015/2016-cı tədris ili uğurlu il kimi yadda qalmışdır.Mükafatlar, kuboklar, diplomlar əldə edilmişdir. Rayon və şəhər tədbirlərində fəal iştirak etmişik.Yeni dərs ili ilə əlaqədar 1-cilərə millət vəkili Rövnəq Abdullayev məktəb ləvazimatları təqdim etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi