"Zəfər günü"nə həsr olunmuş "Azərbaycan"mövzusunda açıq dərs

04.11.2021-ci il tarixində 3"A" sinfində Həsənova Xancanlı Könülün Azərbaycan dilindən "Zəfər günü"nə həsr olunmuş "Azərbaycan"mövzusunda açıq dərsi oıdu.

Dərs Azərbaycanın dövlət himni ilə başlandı. Bütün şagirdlər və müəllim hərbi paltarda idi.

Əvvəlcə Azərbaycan haqqında video çarx nümayiş edildi və müəllim Azərbaycana aid suallar verdi.

Şagirdlər dövlət rəmzlərini saydılar və onların hissələrini izah etdilər.

Ulu Öndər Heydər Əliyevin dediyi Azərbaycan şeri səsləndi.

Sonra qrup işi oldu. "Qarabağ", "Qələbə", "Xarı bülbül" və "Zəfər" qrupları verilən suallara əsasən təqdimat hazırladılar.

Dərsdə bu suallara cavab verildi: "Nə üçün ana Vətən deyirik?", "Xarı bülbül nədir?" və s.

Dərsin sonunda şagirdlər vətənpərvərlik mahnısı oxudular və yallı getdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi