328 və 113 nömrəli məktəblərin ortaq layihəsi
328 və 113 nömrəli məktəb rəhbərləri ortaq layihə həyata keçiriblər. 18.06.2021-ci il tarixdə 328 nömrəli tam orta məktəbin direktoru Asif Nəbiyev başda olmaqla məhdud sayda müəllim və şagird kollektivi 113 nömrəli məktəbdə oldular. Bundan əlavə qonaq qismində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru dosent Təhminə Bədəlova da tədbirdə iştirak edib. Əvvəlcə hər iki məktəb kollektivi arasında ümumi tanışlıq oldu və sonra 328 nömrəli məktəbin müəllim heyəti və T.Bədəlova məktəbdə yaradılmış Nuzami muzeyi ilə yaxından tanış oldular. Yay məktəbi çərçivəsində şagirdlər üçün birgünlük fəaliyyət planı tərtib edildi və qərara alındı ki, fəaliyyət çərçivəsində aşagıdakı tədbirlər keçirilsin:
1. Nizami muzeyində Nizami dərsi,
2. Açıq havada praktik riyaziyyat dərsi,
3. Yol hərəkəti qaydaları,
4. İngilis dili (danışıq formatında).
113 nömrəli məktəbin ibtidai sinif müəllimi A.Əhmədova şagirdlərə Nizami muzeyində dərs keçdi və şagirdləri eksponatlarla tanış etdi. Şagirdlər dahi şairin həyatı, əsərlərinin yazılma ardıcıllığı, poemalarındakı qəhrəmanlar haqqında və s. məlumatlar əldə etdilər. Sonra T.Bədəlova onlara "Nizami Gəncəvi yaradıcılığı" adlı kiçik mühazirə təqdim etdi. Dərsin sonu musiqi ilə başa çatdı-328 nömrəli məktəbin şagirdi İlkin Əhmədli tar ifaçısı Baqdayev Musanın müşəiyəti ilə "Mənim Azərbaycanım" mahnısını səsləndirdi. Sonra 328 nömrəli mətəbin direktoru A. Nəbiyev tar musiqisi sədaları altında dahi şairin "Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi" qəzəlini səsləndirdi. Sonra şagirdlərin açıq havada praktik riyaziyyat dərsi təşkil olundu. Dərsi 328 nömrəli məktəbin riyaziyyat müəllimi Aliyə Dadaşova aparırdı. Şagirdlər iki qrupa bölündülər. A. Dadaşova şagirdlərə əvvəlcə rəngli təbaşirlərlə asfalt üzərində müxtəlif fiqurlar çəkməyi, sonra isə bu fiqurların perimetrini ölçülməyi tapşırdı. Şagirdlər çox maraqla verilən tapşırıqları icra etdikdən sonra məktəbin açıq meydançasında toplandılar və hesablamaların nəticələri müzakirə olundu. Müzakirə musiqi sədaları altında yekunlaşdı. Bu dəfə İlkin "Bayatı -Şiraz" muğamından bir hissə oxudu. Saat 11-də hamı çay süfrəsi ətrafında toplaşdı. Hər iki kollektiv səmimi söhbət əsnasında daha da yaxından tanış oldular.
Şagirdlər 113 nömrəli məktəbin ibtidai korpusunun birinci mərtəbəsində yaradılmış "Yol hərəkəti qaydaları" adlı güşədə yol nişanlarını öyrəndilər. Dərsi 113 nömrəli məktəbin ibtidai sinif müəllimi M. Qənbərova apardı. O, şagirdlərə guşədə nümayiş olunan nişanlar haqqında əvvəlcə məlumat verdi, sonra onların mənaları haqqında sual-cavab oyunu apardı. Aparılan oyunların nəticəsində şagirdlər "Yol hərəkəti qaydaları" barədə biliklərini möhləmlətmiş oldular.
Şagirdlər həmin koröusda ikinci mərtəbədə yaradılmış "Mənim nağıl dünyam" və "Zəfərimiz" adlı muzeylərdə oldular. Onlar dərsliklərdən tanıdıqları qəhrəmanlara aid kompozisiyaları gördükcə daha da şənlənirdilər. Tanıdıqları qəhrəmanlar haqqında danışır, nağıl qəhrəmanlarının xarakterlərini müzakirə edirdilər. 113 nömrəli məktəbin ibtidai sinifləri tərəfindən yaradılmış "Zəfərimiz" kompozisiyası da qonaqların da marağına səbəb oldu. Hər kompozisiya II Qarabağ -Vətən müharibəsinin bir qələbəsinə həsr olunmuşdur. Tədbir boyunca pandemiya şərtləri qorunmaqla xatirə şəkilləri çəkilirdi.
Şagirdlər açıq havada şahmat və digər oyunlar oynadılar və oyun əsnasında əyləncəli ingilis dili dərsi də keçildi. Şahmat və idman oyunlarını 113 nömtəli məktəbin müəllimləri A. Məmmədov, C.Yolçiyev və R. Abasov, ingilis dili dərsini 328 nömrəli məktəbin ingilis dili müəllimi M. Muradova apardı.
Tədbirlər sırasında dosent T.Bədəlova Nizami muzeyi əməkdaşlarının təşkilatçılığı ilə onlayn tədbirə qoşuldu və görüşə 113 nömrəli məktəbdən qoşulduğunu bildirdi. T. Bədəlova burada yaradılmış muzeylər və görülən işlər barədə ətraflı məlumat verdikdən sonra əməkdaşlar məktəbin direktoru G. Rüstəmova ilə kiçik dialoq qurdular.
Tədbirin sonunda çay süfrəsi ətrafında xoş əhval-ruhiyə var idi. Hər kəs gün ərzində şagirdlərlə həm əylənmiş, həm öyrənmiş, həm də sözün əsl mənasında istirahət etmişdi. Şagirdlərin sevinci isə bir başqa idi: onlar çox əyləncəli proqramlarla gün ərzində həm əyləndilər, həm öyrəndilər. Xatirə şəkilləri "Yay məktəbi" nin təşkil edilməsi üçün hazırlanmış bannerlərin yanında çəkilərkən T. Bədəlova dahi şairin "Ey dost" qəzəlini farsca səsləndirdi. Onu tar müşayət etdi və sonra İlkinin oxuduğu "Sevgili canan" sədaları məktəbin həyətinə yayıldı...
İştirakçılara iki məktəb direktorunun imzası ilə diplomlar verildi.
Qərara alındə ki, iki məktəb arasındakı əməkdaşlıq davamlı olsun.
...İki dost məktəbin yay məktəbində birgünlük birgə fəaliyyətinin xülasəsini verdik.