Abdulla Şaiqin 140 illiyi münasibətilə tədbir
Görkəmli pedaqoq, uşaq yazıçısı, dövrünün mütəfəkkiri Abdulla Şaiqin anadan olmasının 140 illiyi münasibətilə 328 nömrəli məktəbin 1"B" sinfi 15. 05. 2021-ci il tarixində Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə, muzeyin əməkdaşı Arzu Nuraliyevanın iştirakı ilə "Unutsaq unudularıq" devizi ilə görüş-seminar keçirdi. Görüşü açan məktəb direktoru Asif Nəbiyev görüş iştirakçılarını salamlayaraq belə görüşlərin hərtərəfli şəxsiyyət yetişdirilməsindəki rolunu, bugünki görüşün də vacib görüşlərdən olduğunu, Abdulla Şaiqin Azərbaycan təhsilində, uşaq ədəbiyyatında rolunu qeyd etdi. Ülkər Talıbzadə babası Abdulla Şaiq və atası Kamal Talıbzadə haqqında xatirələrini danışdı. Şagirdlər Abdulla Şaiqin həyat və yaradıcılığından danışdılar, onun şeirlərini dedilər və onun əsərlərindən səhnəciklər göstərdilər.