Nizami Gəncəvi aylığı. Bağlanış mərasimi.

Məktəb direktoru Asif Nəbiyevin hesabatı.

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5.01.2021-ci il tarixində 2021-ci ilin Nizami Gəncəvi ili elan olunması ilə bağlı sərəncam imzalamışdır.

Bu sərəncama uyğun olaraq Təhsil Nazirinin 09.03.2021-ci il tarixli F-74 nömrəli əmri əsasında BŞTİ 12.03.2021-ci il tarixli F-56 nömrəli əmr vermişdir. Bu əmrə əlavə olaraq tədbirlər planı hazırlanmış və tabeçilikdə olan məktəblərə göndərilmişdir. 328 nömrəli məktəb BŞTİ 12.03.2021-ci il tarixli F-56 nömrəli əmrini daha yaxşı icra etmək üçün 1.04.2021-ci il tarixli 82 nömrəli əmrlə 2021-ci ilin aprel ayını Nizami Gəncəvi aylığı elan etmişdir. Aylığın tədbirlər planı hazırlanaraq təsdiq edilmiş və bu plana uyğun olaraq bir çox tədbirlər görülmüşdür.

Müəllimlər, sinif rəhbərləri və valideynlər bu tədbiri çox təşəbbüskarlıqla və maraqla qarşıladılar. Demək olar ki hamı bu aylıqda iştirak etdi.

Hansı işlər görüldü?

1) ingilis dili müəllimləri Ülviyyə Ramazanova, Mehriban Muradova, Nəzakət Əhmədova, Nuranə Qubadova, İnformatika müəllimləri Aysel Hüseynova, Fatma Möhbaliyeva, ədəbyyat müəllimi Çinarə Əskərova, tarix müəllimləri Şəmsiyyə Mənsimova, Gülnar Məmmədova Nizami Gəncəviyə aid xüsusi dərslər keçdilər.

2) 5”C” sinfinin rəhbəri Aytən Mircəfərova sinif saatında Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirdi. 5”A” sinfinin rəhbəri Nailə Heydərova “Nizami Gəncəvi və musiqi” adlı tədbir keçirdi.

3) Bir çox müəssisələrlə əməkdaşlıq etdik. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti Təhminə Bədəlova 5-9 sinif şagirdləri üçün ”Nizami Gəncəvi bir şair və bir alim kimi” mövzusunda vebinar keçirdi. 7”A” sinif şagirdləri vebinardan sonra xahiş etdilər ki, Tənminə xanım onlar üçün dərs keçsin. Təhminə Bədəlova 7”A”, 7”B” və 7”C” sinif şagirdləri üçün “Sirlər xəzinəsi” mövzusunda seminar keçirdi.

4) Mənim doğma Universitetim olan ADPU ilə daim əməkdaşlıq edirik. Bu dəfə də ADPU-nun dosenti Razim Məmmədov məktəb “Kiçik Akademiya”sı üçün “Nizami Gəncəvi dövrünün böyük mütəfəkkiri kimi” mövzusunda seminar apardı. Əməkdaşlıq üçün prorektor Eldar Aslanov, Razim Məmmədov, Sənan Əliyev, Könül Əskərovaya təşəkkür edirəm.

5) Məktəbdə rəsm, şeir, inşa yazı və təqdimat müsabiqələri keçirildi. 120 nəfər şagirdimiz bu müsabiqələrdə iştirak edərək müxtəlif dərəcəli diplomlara layiq görüldülər.

6) 44, 113, 173, 210, 214, 227, 250 və 272 nömrəli məktəbin şagirdləri də bizim müsabiqələrdə iştirak edərək müxtəlif dərəcəli diplomlara layiq görüldülər. Fərqlənən şagirdlərdən 44 nömrəli məktəbdən Talıbova Şeyla, Rəhimova Sonaxanım, Feyzullayeva Fatimə, 113-dən Hacıyeva Xədicə,3”B” sinfi, sinif rəhbəri İbrahimova Zülfiyyə, 173-dən Əliyeva Fatimə, Kazımlı Fatimə, 210-dan Əlizadə Ayan, Mirzəliyeva Fidan, Volkova Valeriya, 214-dən Kənan Ağazadə, 227-dən Rüstəmov Ömər, Maşayev Elvir, Xankişizadə Vaqif, 250-dən Mehdiyeva Aytac, Talışzadə Kənan, Mürşüdova Qəmər, Məmmədova Aygül, Əzizova Məhəbbət, İsmayıllı Güləndam, Mirzəyev Baxış, Babazadə Esan, Həşimli Duyğu, 272-dən Seyidova Fatimə, Seyidova Xədicə, Səfərov Həsən, Cəfərov Altun. Bu şagirdlərin hər birinə sağ ol deyirəm, Onlara işlərində uğurlar arzu edirəm. Bu məktəblərin rəhbərlərinə-Balakişiyeva Arifə, Rüstəmova Gültəkin, Abbasova Sitarə, Rəsulova Kəmalə, Fəttayev Fəttah, Hüseynova Sevinc, Məmmədov Fəzail və Qasımzadə Nizamiyə təşəkkür edirəm.

7) Maraqlı tədbirlərdən biri də 1”B” sinfinin rəhbəri Əliyeva Şəhlanın keçirdiyi “Mən valideynimlə güclüyəm” adlı tədbir oldu. Adından məlum olduğu kimi tədbirdə həm şagirdlər, həm də valideynlər iştirak etdilər.

8) 5”C”, 4”A” və 1”B” sinflərinin şagirdləri YouTube kanalında Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinə onlayn ekskursiya etdilər.

9) 328-n müəllimləri və Ədəbiyyat İnstitutunun əməkdaşları da şeir müsabiqəsinə qoşuldular. 328 nömrəli məktəbin müəllimləri Kifayət Cabbarova, Aytən Mircəfərova, Gülgün Qəniyeva, Flora Məmmədova, Fatma Möhbalıyeva, İlhamə Cəfərova, Asif Nəbiyev və Ədəbiyyat İnstitunun əməkdaşları AMEA-nın müxbir üzvü professor Nüşabə Araslı, dosent Təhminə Bədəlova və dissertant Lalə Paşayevanın iştirak etdiyi şeir müsabiqəsinə yekun vuruldu. İştirakçılara diplomlar verildi. Nüşabə Araslıya, Təhminə Bədəlova və Lalə Paşayevaya təşəkkürümü bildirirəm.

Beləliklə aprel ayı-Nizami Gəncəvi aylığında bu işlər görüldü. Ancaq NizamiGəncəviyə aid tədbirlər ilin sonuna qədər davam edəcək.

Bizə şərait yaratdığına görə BŞTİ-yə təşəkkürümü bildirirəm.

Çıxışlar: Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun dosenti Təhminə Bədəlova, ADPU-nun Tədris Depatamentinin Məzun, Koordinasiya Karyera bölməsinin müsiri Könül Əsgərova, 113 nömrəli məktəbin direktoru Gültəkin Rüstəmova, 173 nömrəli məktəbin direktoru Sitarə Abbasova, 250 nömrəli məktəbin direktor müavini Ləman Məmmədova, 328 nömrəli məktəbin müəllimləri Şəhla Əliyeva, Nadir Həsənov, 250 nömrəli məktəbin şagirdi Həşimli Duyğu, Baxış Mirzəyev, 328 nömrəli məktəbin şagirdi Əbülfəz Vəliyev və valideyni Səbinə Vəliyeva öz təəssüratlarını bildirdilər.

https://youtu.be/jqXLMprj4gs

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi