5"A" sinfində "Nizami Gəncəvi və musiqi" adlı tədbir
328 nömrəli məktəb. Nizami Gəncəvi aylığı.
24. 04. 2021-ci il tarixində məktəbin musiqi müəllimi və 5"A" sinfinin rəhbəri Nailə Heydərova siniflə "Nizami Gəncəvi və musiqi" adlı tədbir keçirdi.
Məktəb direktoru şagird, müəllim və gələn qonaqları salamlayaraq tədbiri açıq elan etdi.
Şagirdlər əvvəlcə Nizami poeziyasının Azərbaycan musiqisində rolundan danıçdılar və onun şeirlərinə bəstələnmiş musiqilərdən, "Yeddi gözəl" baletindən danışdılar.
Nizaminin poeziyasında musiqi mövzusu da geniş yer tutur. O muğama bələd idi və öz əsərlərində muğamları təhli və ümumiləşmə aparmışdır.
O, "İsgəndərnamə" və "Yeddi gözəl" poemalarında cəng, ərğənun, tütək, tar, kamança, ud, nağara kimi musiqi alətlərinin adını çəkir.
Nizami Gəncəvi öz dövrünün ən bilikli şəxsiyyətlərindən biri olmuşdur.
Tədbirdə AADPU-nun keyfiyyət təminatı şöbəsinin baş mütəxəssisi Şəbnəm Musayeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Nərgiz Kərimova və məktəbin müəllimləri iştirak etdilər.