2"A" sinfində Novruz dərsi
328 nömrəli məktəbdə sağlamlıq imkanları məhdud olan şagirdlərə daim diqqət və qayğı göstərilir. Məhdi Hacızadə 2"A" sinfində oxuyur və ayaqlarında problem olduğu üçün çətinliklə yeriyir. Ancaq o dərslərini yaxşı oxuyur və müntəzəm olaraq dərslərinə davam edir.
"Uşaqlar xeyirxah olurlar. Sinif yoldaşları Məhdinin qayğısına qalır, ona həmişə kömək edirlər"-sinif rəhbəri Flora Məmmədovanın müşahidələri bunu göstərir.
"Birdən hava şəraiti ilə əlaqədar Məhdinin məktəbə getməsi mümkün olmadıqda onun bütün günü əhvalı pozulur. Məhdi məktəblə nəfəs alır"- bu da atası Fikrətin fikridir.
Anası dedi ki, həkimlərin rəyinə görə onun vəziyyəti yaxşılaşır və biz buna çox sevinirik.
17.03.2021-ci il tarixində 2"A" sinfində "Novruz"dərsi oldu. Məktəb direktoru Asif Nəbiyev həmin dərsdə iştirak etdi, uşaqlarla yumurta döyüşdürdü. Onların dediyi şeirləri dinlədi. Uşaqlar sevinirdi. Hiss olunurdu ki, Məhdi hamıdan çox sevinir.