Pedaqoji şura iclası
12.02.2021-ci il tarixində 328 nömrəli məktəb pedaqoji şurasının növbəti iclası oldu. İclas aşağıdakı ardıcıllıqla davam etdi:
1) Təlim-tərbiyə işləri üzrə direktor müavini Məhəmməd Hüseynovun hesabatı,
2) Tərbiyə işləri üzrə direktor müavini İlhamə Cəfərovanın hesabatı,
3) Məktəb direktoru Asif Nəbiyevin çıxışı,
4) Məktəbdaxili şagird qiymətləndirməsinin nəticələrinin təsdiqi. Qalan şagirdlərin qiymətləndirməsinin 28 fevral tarixinə qədər yekunlaşdırılması haqqında qərar.
5) 15 fevral tarixindən V-IX siniflərin qismən əyani tədrisə keçilməsi ilə əlaqədar vəziyyətin qiymətləndirilməsi və görüləcək tədbirlər,
6) BŞTİ tərəfindən keçirilmiş IX siniflər üçün qiymətləndirmənin nəticələrinin müdiriyyət, sinif rəhbərləri və fənn müəllimləri ilə birgə müzakirəsi və bu nəticənin yaxşılaşdırılması ilə əlaqədar görüləcək tədbirlər,
7) Məktəbdaxili şagird yerdəyişmələrinin təsdiqi,
8) Müəllimlərin "Onlayn dərs" müsabiqəsinə hazırlığın vəziyyəti.
Bununla pedaqoji şura iclası başa çatdı.