Bu günümüzü unutmayaq

20.01.2021-ci il tarixində 328 nömrəli məktəbin 1"B" sinfinin rəhbəri Əliyeva Şəhlanın təşkilatçılığı ilə "Bu günümüzü unutmayaq" adlı tədbir keçirildi.

Əliyeva Şəhla giriş sözü ilə çıxış edərək 20 Yanvar faciəsindən, onun tarixi əhəmiyyətindən, ilk şəhidlərdən danışdı.

Şagirdlər vətənpərvəlik çıxışları etdilər və şeirlər dedilər. 95 nömrəli məktəbin şagirdləri Vəzirli Zəhra və Vəzirov Kamil də tədbirin iştirakçısı idilər, onların çıxışı da maraqla qarşılandı. Görüşdə iştirak edən 20 Yanvar faciəsinə şahidlik etmiş Vəliyeva Səbinə 20 Yanvar günü insanların əzmkarlığından və mətinliyindən danışdı.

Şəhid Mollayev Abdullanın valideynləri və kiçik yaşlı oiğlu Kənan da görüşə dəvət olunmuşdu. Şəhid anasının "Vətən yolunda bir oğul itirsəm də minlərlə oğul qazandım, hər bir Azərbaycan gənci mənim övladımdır" deməsi görüş iştirakçılarını təsirləndırdı.

Valideyn İsmayılova Lalə ürək yanğısı ilə "Şəhid anası" şerini dedi.

Görüş iştirakşıları ilə bağlantı yaradan qazilər Yusif və Əvəz isə şagirdlərə yaxşı oxumalarını arzuladılar.

Tədbirdə məktəb rəhbərliyi də iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi