Ekologiya və Təbii Sərvətlər Nazirliyi seminar keçirmişdir
Ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və ondan səmərəli istifadə edilməsi sahəsində əhalini məlumatlandırmaq və maarifləndirmək məqsədi ilə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən müəssisələrdə, təhsil ocaqlarında, ictimai birliklərdə tədbirlər keçirilmişdir. 12.05.2016 tarixində məktəbimizdə “22 aprel – Beynəlxalq yer günü“ , “Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi” , “Yaşıllıqların qorunması və artırılması sağlam həyat tərzinin təməlidir” mövzülarında seminar keçirilmişdir. Baş məsləhətçi N.Məmmədov və aparıcı məsləhətçi E.Hüseynov mühazirəni aparmışlar. Seminarda 60 şagird və müəllimlər iştirak etmişlər.