Şəhid ailəsi və qazi ilə onlayn görüş

04.12.2020-ci il tarixində 1"B" sinfinin təşkilat saatında şagirdlərdə vətənpərvərlik hissinin inkişaf etdirilməsi, şəhidlərimizə və qazilərimizə hörmət və ehtiramı bildirmək üçün onlayn tədbir keçirildi. Əvvəlcə vətən müharibəsində həlak olan şəhidlərin xatirisini yad etmək üçün bir dəqiqəlik sükut elan edildi. Şagirdlər şəhid Mollayev Abdullanın keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verdilər. Görüşdə iştirak edən şəhid atası M. Mollayev dedi: -Bu itki mənim üçün nə qədər ağır olsa da bir o qədər də qürur vericidir. Şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız düşməndən azad edildi. 

Şəhid anası Mollayeva Biçə qeyd etdi ki, mən bir oğul itirsəm də minlərlə oğul qazandım. Hər bir Azərbaycan əsgər və zabiti mənim övladımdır. 

Görüşdə iştirak edən qazimiz Səmədov Mirhəşim isə ordumuzun şərəfli döyüş yolundan danışdı. Görüşdə məktəb rəhbərliyi və valideynlər də iştirak etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi