Şuşanın işğaldan azad olunması münasibətilə tədbir
08.11.2020-ci il tarixində Azərbaycanın incisi olan Şuşa şəhərinin işğaldan azad olunmasını xalq coşqu ilə qarşılayaraq bu günü bayram etdi. 5"A" sinif şagirdləri də onların ibtidai sinif müəllimi olmuş Nüşabə Əliyeva və sinif rəhbəri Nailə Heydərovanın təşəbbüsü ilə bu münasibətlə onlayn tədbir keçirdilər. Şagirdlər ürək sözlərini deyərək bu münasibətlə müəllimləri, valideynləri, təhsil işçilərini, BŞTİ-nin müdiri Rəşad Tağıyevi, Təhsil naziri Emin Əmrullayevi, Ali Baş Komandan İlham Əliyevi, Azərbaycan xalqını təbrik etdilər. Onlar gələcəkdə Şuşa məktəblərindən birinə ekskursiya təşkil etməyi məktəb direktoru Asif Nəbiyevdən xahiş etdilər. Onların bu xahişi anlayışla və müsbət qarşılandı.