Pedaqoji şura iclası

06.09.2020-ci il tarixində onlayn formada növbəti pedaqoji şura iclası keçirildi. İclasda bu gündəlik məsələlər müzakirə olundu:

  1. Məktəbdaxili təkrar yenidən qiymətləndirmə və onun nəticələri,

  2. Yeni 2020-2021-ci dərs ilinə hazırlığın vəziyyəti və bu dərs ilində tədrisin təşkili,

  3. Cari məsələlər.
    1-ci məsələ haqqında direktor müavini Hüseynov Məhəmmədin hesabatı dinlənildi. O çıxış edərək qeyd etdi ki, 92 nəfər şagird məktəbdaxili yenidən qiymətləndirmədə iştirak etmişdir. 91 nəfər 2 aldığına, yaxud dərslərə davam etmədiyinə görə, 1 nəfər isə qiymətindən narazı olduğuna görə qiymətləndirməyə cəlb olunmuşdur. Onlardan bir nəfər üzürlü səbəbdən (koronovirusa yoluxduğuna görə), 3 nəfər isə üzürsüz səbəbdən iştirak etməmişlər. 
    2-ci məsələ haqqında məktəb direktoru Asif Nəbiyev çıxış etdi. O, Təhsil Nazirliyi və BŞTİ-nin tövsiyələrini nəzərə almaqla dərslərin hansı formalarda, necə təşkil olunacağı, şagirdlərin davamiyyəti, məktəbdə qorunma tədbirləri haqqında danışdı.
    Müəllimlərin suallarına cavab verildi.
    Beləliklə pedaqoji şura öz işini yekunlaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi