“9 May-Qələbə Günü”nə həsr olunmuş “Şəhidlər ölməz ,Vətən bölünməz!” adlı inşa müsabiqəsi keçirilmişdir
Nizami rayonu Keşlə Bələdiyyəsinin təşkilatçılığı ilə 328 nömrəli tam orta məktəbdə “9 May-Qələbə Günü”nə həsr olunmuş “Şəhidlər ölməz ,Vətən bölünməz!” adlı inşa müsabiqəsi keçirilmişdir. 06 may,2016-cı il tarixdə müsabiqəyə yekun vurularaq qalib şagirdlər müəyyənləşdirilmişdir. İştirakçılar və qaliblər diplom və pul mükafatı ilə təltif olunmuşlar.Tədbirdə Nizami rayonu Keşlə Bələdiyyəsinin sədri Ələmdar Bafadarov Zeynal oğlu,sədr müavini İradə Həsənova Nəsrulla qızı,büdcə komisiyasının sədri Xanım Əliyeva Hüseyn qızı,məktəbin kollektivi və direktoru Leyla Baxşıyeva iştirak etmişdilər.Tədbir şagirdlərin “9 may-Qələbə Günü”nə həsr olunmuş musiqili kompozisiyası ilə yekunlaşdırılmışdır.