"Kiçik Akademiya"nın onlayn seminarı
25.04.2020-ci il tarixindəi məktəbin "Kiçik Akademiyasının"seminarı oldu. Onlayn formada keçirilən seminarda iki məruzə dinlənildi. Biologiya müəllimi İsayeva Sevilin elmi rəhbərliyi ilə 11"A" sinif şagirdi Əliyeva Fidan "Koronavirusun ümumi simptomları və ondan qorunma üsulları"mövzusunda məruzə etdi. O, yoluxucu xəstəliklər, epidemiya, pandemiya, viruslar, mutasiya olunmuş viruslar haqqında geniş və ətraflı çıxış etdi. O cümlədən koronovirusdan qorunmaq üsulları, immunitetin yüksəlməsi haqqında məlumat verdi. Əliyeva Fidan koronovirusdan qorunmağın əsas vasitəsi olan təcrid olunmanın da böyük əhəmiyyəti olduğunu qeyd edərək bu sahədə dövlətin gördüyü tədbirlər və onların nəticələri haqqında iştirakçılara məlumat verdi. Məktəbin fizika müəllimi İbrahimova Lətifənin elmi rəhbərliyi ilə 9"B" sinif şagirdi Təhməzli Hüseyn "Ağıllı dezinfeksiya tunelinin qurulması" mövzusunda məruzə etdi. O da koronavirus haqqında məlumatlar verdi. Eyni zamanda 15 saniyə ərzində insanları dezinfeksiya etmək qabiliyyətinə malik cihazın çertyojunu təqdim etdi. Ofislərin, iş yerlərinin girişində qoyulan bu cihazın içərisininə dezinfeksiyaedici maddələr yerləşdirilir (NaOCl+H(2)O). İnsan həmin tunelə daxil olarkən cihaz avtomatik olaraq məhlul püskürür. Bu əlbəttə bir şagirdin düşüncələrinin məhsuludur. Cəndə 100 litr suda 0.4% natrium hipoklorit məhlulu həll olunmalıdır. Çənin yanında su nasosu qoyulur. Tunelə insan daxil olduqda avtomatik system onu hiss edir. Bu zaman system nasosu 15 saniyə işə salır. Tuneldə insan olmadıqda sisitem avtomatik olaraq sönür. Bundan sonra məruzəçilərə, eləcə də elmi rəhbərlərə suallar verildi. Sual 1.Əgər bu virusun dərmanı, eləcə də peyvəndi yoxdursa, bəs necə qorunmaq olar? Cavab1. İmmuniteti qaldırmaq və karantin yolu ilə. Bununla da seminar öz işini yekunlaşdırdı. Seminarın işində məktəb direktoru Asif Nəbiyev, "Kiçik Akademiya"nın prezidenti-fizika müəllimi Lətifə İbrahimova, biologiya müəllimi Sevil İsayeva, 10"A" sinfinin rəhbəri Güldanə Ağayeva iştirak etdilər.