9 “A” sinif şagirdləri və onların valideyinləri ilə onlayn görüş

23.04.2020-ci il tarixində məktəbin 9 “A” sinif şagirdləri və onların valideyinləri ilə onlayn görüş keçirildi. Görüşdə məktəbin tərbiyə işləri üzrə direktor müavini İlhamə Cəfərova, məktəbin psixoloqu İlahə Rüstəmova , 9”A”-nın sinif rəhbəri Nailə Heydərova iştirak etdilər. Onlayn görüşdə İlhamə Cəfərova valideynlərə övladlarına daim dəstək olmalarını tövsiyə etdi. Şagirdlərə isə Təhsil Nazirliyinin Virtual məktəb saytının materiallarından səmərəli istifadə etmələrini və məktəbin təşkil etdiyi onlayn dərslərdə fəal olmalarını məsləhət gördü. Psixoloq İlahə Rüstəmova koronavirus təhlükəsinin yaratdığı psixoloji gərginlikdən necə çıxmaq haqqında valideyn və şagirdlərə məsləhətlər verdi.