Riyaziyyatdan məktəblərarası onlayn viktorina

 9 aprel 2020- ci il tarxində şagirdlərin karantin intervalında təhsildən geri qalmamasını təmin etmək , onların intelktual biliklərini əyləncəli şəkildə yoxlamaq, elmə maraq yaratmaq, dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək  məqsədi ilə 328 və 312 nömrəli məktəblərin 6- cı sinifləri arasında riyaziyyat fənnindən viktorina keçirildi . Viktirinada direktorlar Asif Nəbiyev  və Xatirə Hacıyeva, müəllimlər Sevil İsayeva və Vahid Bayramov iştirak etdilər. BŞTİ - nin əməkdaşları Səkinə Ağalarova və Sevinc Əzimova isə viktorinaya münsif kimi dəvət olunmuşdular. Asif Nəbiyevin hazırladığı əyləncəli , məntiqi suallar şagirdlər tərəfindən maraqla qarşılandı. Məmmədzadə Fidan , Nuri Cəfər , İbrahimova Nurgül , Əzizli Mirmuhammed daha yüksək nəticə göstərdilər. Viktorina şagirdlərin fəallığı , riyaziyyat fənninə sevgiləri  ilə yadda qaldı. Sonda məktəb rəhbərləri əməkdaşlığı davam etdirmək üçün növbəti həftədə biologiya fənindən 7- ci siniflər arasında yarışma təşkil etməyi planlaşdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi