312 nömrəli məktəblə əməkdaşlıq
8 aprel 2020- ci il tarixində " Evdə qal dərsdən qalma " layihəsi çərçivəsində şagirdlərin onlayn dərslərə daha yaxşı adaptasiya olunması , bir müəllimdən psixoloji asılılığın aradan qaldırılması , eyni zamanda məktəblərarası əməkdaşlığın möhkəmlindirilməsi məqsədi ilə 328 nömrəli məktəbin riyaziyyat müəllimi Asif Nəbiyev 312 nömrəli məktəbin 6 “A” sinif şagirdləri üçün " Silindirin səthinin sahəsi və həcmi" mövzusunda onlayn dərs keçdi. 312 nömrəli məktəbin fənn müəllimləri Vahid Bayramov , Zeynəb Cəfərli, məktəb direktoru Xatirə Hacıyeva dərsi müşahidə etdilər. Şagirdlər slaydlara baxaraq mövzu ətrafında müzakirələr apardılar, suallar verdilər, çalışmalar həll etdilər. Həm şagirdlər, həm də müəllimlər tərəfindən bu təşəbbüs müsbət qarşılandı. Məktəb rəhbərləri əməkdaşlığın davamlı olmasını və fərqli formatlarda onlayn müzakirələrin təşkilini qərara aldılar.