Onlayn müşavirə

05.04.2020-ci il tarixində məktəbin idarəedici heyətini və müəllimlərin iştirakı ilə onlayn müşavirə keçirildi.

1) Məktəbin direktoru Asif Nəbiyev çıxış edərək koronavirus pandemiyası və onun bəşəriyyətdə yaratdığı problemlər haqqında danışdı. O qeyd etdi ki, hər şey dövlətin nəzarəti altındadır. O bir daha təklif etdi ki, Nazirlər Kabinetinin qərarlarına, yuxarı təşkilatların, o cümlədən Təhsil Nazirliyi və BŞTİ-nin tövsiyyələrinə əməl edilsin.

2) Müəllimlər çıxış edərək öz gördükləri işlərdən danışdılar. Onlar qeyd etdilər ki, valideyn və şagirdlərlə müntəzəm əlaqə saxlayır və Zoom, Votsap və digər proqramlarla dərslərini davam edirlər.

3) Direktor müavinləri Məhəmməd Hüseynov və İlhamə Cəfərova da qeyd etdilər ki, daim müəllim, şagird və valideynlərlə əlaqə saxlayır və onlara lazımi istiqamət verirlər.

3) Müəllimlər çıxış edərək, oxuduğu bədii kitablar, öz ixtisaslarını artırmaqları və xarici dil öyrənməkləri haqqında danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi