Ana dili tədbiri

21.02.2020-ci il tarixində 328 nömrəli məktəbin 5 “C” sinfində Adilə Atakişiyevanın təşkilatçılığı ilə Beynəlxalq Ana Dili gününə həsr olunmuş tədbir keçirdi. Tədbirdə Azərbaycan dilinin gözəlliyi, şeir dili olduğu haqqında şagirdlər müxtəlif fikirlər səsləndirdilər. Eləcə də Azərbaycanın görkəmli şair və yazıçılarının sözlərindən sitatlar gətirdilər, şeir və mahnı ifa etdilər. Sonda Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasından “Fitnə və Bəhram şah” səhnəsini ingilis və Azərbaycan dillərində canlandırdılar. Tədbirdə məktəbin rəhbərliyi və müəllimlər iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi