Kiçik Akademiya

Kiçik Akademiyaların təqdimatları konfransı keçirilib23.05.2023- cü il tarixdə Xəzər rayonu Kiçik Akademiyaların təqdimatları konfransı keçirilib. Məktəbin Kiçik Akademiyanın üzvü Süleymanova Sona konfransda çıxış edib.O konfransda "Təkrar emal sağlam həyat" mövzusu ilə çıxış edərək hazırladığı video çarxı nümayiş etdirib, mövzu ətrafında tədqiqatlar aparıb. Kiçik Akademiyaçılara və onu təşkil edənlərə yaratdıqları şəraitə görə təşəkkür edirik.

Ətraflı

"Heydər Əliyev və Azərbaycan gəncləri" mövzusunda tədbir keçirilib02.02.2023- cü il tarixdə məktəbdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncləri" mövzusunda məktəbin tarix müəllimi Dünyamalıyeva Cəvahir akademiya üzvləri ilə birgə "Dəyirmi masa" keçirdib.Tədbirdə tarix müəllimi Heydər Əliyevin həyat yolunda gənclərə olan rəğbətindən danışdı.Sonra məktəbin 9- cu sinif şagirdi Süleymanova Sona Heydər Əliyevə həsr etdiyi video slaydı təqdim etdi.

Ətraflı

Kiçik Akademiyanın üzvləri Hərbi Qənimətlər Parkında oldularKicik Akademiyanin uzvləri və məktəbin 6- cı sinif şagirdləri 28.06.2022- ci il tarixdə hərbi qənimətlər parkinda oldular.Tarix müəllimi Dünyamalıyeva Cəvahir şagirdləri Azərbaycanin hərb tarixinə aid tarixi faktlarla məlumatlandırdı.Onlar Azərbaycan silahlı qivvələrinə məxsus olan döyüş dəstələri,silah növləri və döyüş taktikaları ilə yaxindan tanış oldular. Ordumuzun ugurlu hərbi əməliyyatlari ilə hər zaman dövlət sərhədlərini əzmlə müdafiə etdiyi,ərazi bütövluyümüzü mətanətlə qoruduğu şagirdlərin diqqətinə catdirildi.

Ətraflı

"Novruz bayramının qeyd edildiyi digər ölkələrin adət ənənələri"nin əks olunduğu tədbir keçirildiMəktəbdə "Novruz bayramının qeyd edildiyi digər ölkələrin adət ənənələri"nin əks olunduğu tədbir keçirildi. Tədbirdə Kiçik Akademiyanın üzvü Məmmədova Xəyalə Novruz adətləri barədə şagirdləri məlumatlandırdı. Novruz bayramını təkcə bizim ölkədə deyil digər ölkələrin xalqlarının da qeyd edildiyini söylədi.Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Novruz Türkmənistanda da qeyd olunur. Novruz 1922-ci ildə türkmən xalqının qeyd etdiyi rəsmi bayramları sırasına daxil olub. Bu bayram iki gün yəni, martın 21-i və 22-sində keçirilir. Türkmənlər həm də mart ayını Novruz adlandırırlar. Ölkədə onun gəlişinə bir il qabaq hazırlaşırlar. Qazaxlar Novruzu Nauruz adlandırırlar. Bu söz yazın doğulması mənasını verir.Özbəkistanda bayram günü bayram menyusuna xüsusi olaraq fikir verilir. Süfrədə mütləq şurpa (ət bulyonunda bişirilən tərəvəzlər), plov və samsa (göyərtili pirojkilər) olmalıdır.Yaz haqqında nəğmələr oxunur. Sonra şagirdlər Novruz adətləri haqqında videofilmlər izlədilər.

Ətraflı

Xocalı soyqırımının 30-cu ildönümü qeyd olunduKİçik Akademiya üzvləri ilə Xocalı faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Akadmiya üzvləri"Soyqırım nədir?", "Azərbaycan xalqına qarşı zaman-zaman törədilən soyqırımlar" mövzusunda araşdırma və diskussiya apardılar. Dünyadakı bütün savaşlar və xalqlara qarşı törədilən soyqırımlar pisləndi.Xalqımızın başına gətirilən faciələrin günahkarlarının layiqli cavablarını 44 günlük müharibədə vətən övladları öz igidlikləri ilə verdiyi vurğulandı.

Ətraflı

"Azərbaycan sərhədləri xəritələrdə" mövzusu altında diskussiyaKiçik Akademiyanın üzvləri 18.02.2022-ci il tarixdə "Azərbaycan sərhədləri xəritələrdə" mövzusu altında diskussiya keçirtdi.Akademiya üzvləri dövrlər üzrə araşdırdiqları məlumatlari bir- birləri ilə paylaşdılar və xəritələr üzərində əyani göstərdilər.Nəticə olaraq zaman - zaman itirilmiş torpaqlarimız şagirdlərin topladığı məlumatlarda bildirildi.44 günlük müharibədə ərazi bütövluyümüzün bərpa olunmasını Akademiya üzvləri fəxrlə vurğuladılar.

Ətraflı

"Ordumuzun qüdrəti-Şuşa zəfəri"adlı şəhid məzarlığına yürüş keçirildiKiçik Akademiyanın üzvləri və Vətən müharibəsi iştirakçıları ilə "Ordumuzun qüdrəti-Şuşa şəhəri"adlı şəhid məzarlığına yürüş keçirildi.Yürüşdən sonra iştirakçılar konfrans təşkil etdilər.Konfransda Vətən müharibəsində iştirak etmiş məzunlarımız Akademiya üzvlərinə ordumuzun tərkibində olan müasir silahlar və onların istifadəsi haqqında məlumat verdilər. Konfansın sonunda Akademiyanın üzvləri "Şuşa zəfəri"adlı videomaterialı izlədilər.

Ətraflı

"Zəfər tariximizə-Qarabağa gedən yol"mövzusunda konfrans keçirildiKiçik Akademiyanın üzvlərinin iştirakı ilə "Zəfər tariximizə-Qarabağa gedən yol" mövzusunda konfrans keçirildi.Konfransda 10-cu sinif şagirdi Fərzəliyeva Zəhra hazırladığı videomaterialı təqdim etdi.Akademiyanın digər üzvləri müzakirədə öz araşdırmaları və fikirlərini bildirdilər.

Ətraflı

"Raketlərin, partlayıcı mərmilərin partlaması" mövzusunda fikirlər söyləndiMəktəbin Kiçik Akademiyasının üzvü Məmmədova Xəyalə Hərbi Qənimətlər parkını ziyarət edərkən şagirdlərə "Raketlərin, partlayıcı mərmilərin partlaması" mövzusunda fikirlər söylədi.O söylədi ki, raketlərin partlayıcı mərmilərin partlaması nəticəsinde yaranan toz buludu atmosferin cirklənməsinə səbəb olur . Eyni zamanda bu kimi partlayıslar nəticəsində baş verən yanğın hadisələri atmosferə istilik effekti yaradan zərərli qazların atılmasına gətirib çıxarır. .Bundan basqa Kimyəvi silah — zəhərləyici təsirə malik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahlarindan istifadə nəticəsində də cox təhlukəli maddələrin ətraf mühitə yayılması və bütün canlı orqanizmlərə mənfi təsir etməsinə səbəb olur .

Ətraflı

Kicik Akademiya üzvləri Hərbi Qənimətlər Parkında oldu11.06.2021 ci il tarixdə məktəbimizin Kicik Akademiya üzvləri Hərbi Qənimətlər Parkında oldu. Akademiyanın humanitar bölməsi üzrə sagirdlərin "Azərbaycanın ərazi bütövlüyü toxunulmazdir" mövzusunda fikirləri və mühazirələri dinlənildi.Sagirdlərin apardığı araşdırmalarda müxtəlif zamanlarda ittirilmiş torpaqlarımız və həmin ərazilərin sonrakı taleyi müzakirə olundu. Sagirdlər tərəfindən vurğulandı ki, müxtəlif dövrlərdə itirilmis torpaqlarımızın ərazi bütövlüyümüzün bərpası Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altinda, 44 günlük Vətən müharibəsində baş tutdu. Park ərazisinə səyahət zamanı gördüyümüz mənzərə hər bir Azərbaycan vətəndaşı ücün qürur mənbəyidir. Sonda şagirdlər xatirə şəkilləri cəkdirdilər.

Ətraflı

"Qarabağ Azərbaycandır" mövzusunda rəsm müsabiqəsi keçirildi"Qarabağ Azərbaycandır" mövzusunda Kiçik Akademiyanın Təsviri sənət bölməsi üzrə rəsm müsabiqəsi keçirildi.Müsabiqənin münsiflər heyəti Kiçik Akademiyanın prezidenti Dünyamalıyeva Cəvahir,üzvləri Məmmədova Solmaz, Məmmədova Xəyalə,Hüseynova Vüsalə idi.Kiçik Akademiyanın keçirdiyi müsabiqədə şagirdlərin əl işləri I,II,III yerlərlə mükafatlandı.01.06.2021- ci il tarixdə "Uşaqların müdafiəsi günü" təqdimetmə mərasimində qaliblər təyin olundu. 1- ci yer-Süleymanova Sona, 2- ci yer- Yusifova Fatimə, 3- cü yer Şahnəzərova Sevinc

Ətraflı

Məktəbin Kiçik Akademiyasının loqotipiMəktəbimizdə BŞTİ - nin 30.04.2021 tarixli F- 103 nömrəli "Ümumtəhsil məktəblərində "Kiçik Akademiya" ların fəaliyyətinin gücləndirilməsinə dair" əmrini əsas tutaraq 18.05.2021 - ci il tarixdə iclas keçirildi. İclasda " Kiçik Akademiyanın" hazırlanmış nizamnaməsinə Fəaliyyət planı təsdiq edildi. Məktəbimizdə KA - ya Tarix müəllimi Dünyamalıyeva Cəvahir Rəhim qızı rəhbərlik edir. Dünyamalıyeva Cəvahir və KA - nın fəal üzvləri loqo hazırladılar. İnformatika müəllimi Yaqubova Bəstinin də köməkliyi ilə gerçəkləşən loqo KA - nın üzvləri və məktəb rəhbərliyi tərəfindən bəyənildi və qəbul edldi. KA - nın loqosunda müxtəlif fikirlər öz əksini tapır : - Vətənimizə, dövlətimizə olan sevgi və ehtiramımızı əks etdirən bayrağımız: - Loqonun arxa fonunda xarıbülbül əks olunub. Bu da şəhidlərimizə ehtiramı və II Qarabağ müharibəsində qazanılan qələbəni ehtiva edir. - Kitab və onun üzərində yazılan "Qüvvət elmdədir" şüarı da əks olunub. - Kitabın digər səhifəsində əks olunan "dəmir yumruq" Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan xalqının iradəsinin, qətiyyətinin,gücünün və inamının rəmzidir.Bu simvol həm də məktəblilərin elm, bilik yolundakı uğurları və gələcək yaradıcılıq işləri üçün stimuldur. Məktəbimizdə yaradılan KA - nın məqsədi müstəqil Azərbaycanımızın işıqlı, xoşbəxt gələcəyi üçün vətənpərvər, geniş dünyagörüşünə malik və şəxsiyyətlər yetişdirməkdir.

Ətraflı

Kiçik Akademiyanın növbəti seminarı“Kiçik Akademiya”nın sosial –iqtisadi bölməsinin “İqtisadiyyat Kafedrası”na daxil olan şagirdlər növbəti seminar keçirib. Seminarın mövzusu “Sosial-iqtisadi inkişaf istiqamətində dövlətimizin gördüyü işlər”dən bəhs edilib.. Şagidlər ölkəmizin siyasi-sosial-iqtisadi həyatında baş verən sürətli inkişaf islahatlarından, keçirilən səmərəli əməlin tədbirlərindən, demokratik təsisatlardan hazırladıqları təqdimat işlərini oxuyaraq, izah etdilər. Şagirdlər günü-gündən inkişaf edən Azərbyacan Respublikasında baş verən dəyişikliklərdən, respublikamızın gündən-günə güclənən iqtisadiyyatından danışdilar. Təqdimatların sonunda Akademiyanın üzvlərindən biri Hüseynova Vüsalə şagirdlərin tədqiqat işlərinin bəyənildiyini, ölkəmizi inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə çatdırmağın məhz gənclərin əsas vəzifələrdən biri olmasını qeyd etdi.

Ətraflı

Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" barədə ümumi məlumatXəzər rayonu 324 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2019-ci il tarixdən fəaliyyətə başlayıb. Akademiyanın yaradılmasında əsas məqsədimiz şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq əsas hədəflərimizdəndir. “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr fəaliyyət göstərir. Akademiyanın prezidenti - Dünyamalıyeva Cəvahir I vitse prezidenti- Məmmədova Solmaz II vitse prezidenti- Vəliyeva Aişə- (10a) Üzvləri: Məmmədova Xəyalə - Biologiya Hüseynova Vüsalə - Fizika Salayev Zamiq - Coğrafiya Əzizli Aysun (9b) - Kimya-biologiya Soltanlı Kəbirəxanım (9b) - İngilis dili Xanmirzəyeva Könül (8a) - Humanitar tarix Süleymanova Sona (7a) -Təsviri incəsənət

Ətraflı
HAQQIMIZDA

Məktəb 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən istifadəyə verilib. İlk direktoru Miriyev Arzu Həsənağa oğlu olmuşdur. 2009-cu ilin fevral ayının 18-dən Atayeva Gülarə Məmmədəli qızı məktəbə rəhbərlik edir. Məktəbdə 56&n...

BİZİM FƏXRLƏRİMİZ

Əhmədova Nuray Həşim

Paşalı Zülfiyyə Mübariz

HAQQIMIZDA

Məktəb 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən istifadəyə verilib. İlk direktoru Miriyev Arzu Həsənağa oğlu olmuşdur. 2009-cu ilin fevral ayının 18-dən Atayeva Gülarə Məmmədəli qızı məktəbə rəhbərlik edir. Məktəbdə 56&n...

BİZİM FƏXRLƏRİMİZ

Əhmədova Nuray Həşim

Paşalı Zülfiyyə Mübariz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi