"Novruz bayramının qeyd edildiyi digər ölkələrin adət ənənələri"nin əks olunduğu tədbir keçirildi

Məktəbdə "Novruz bayramının qeyd edildiyi digər ölkələrin adət ənənələri"nin əks olunduğu tədbir keçirildi. Tədbirdə Kiçik Akademiyanın üzvü Məmmədova Xəyalə Novruz adətləri barədə şagirdləri məlumatlandırdı. Novruz bayramını təkcə bizim ölkədə deyil digər ölkələrin xalqlarının da qeyd edildiyini söylədi.Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Novruz Türkmənistanda da qeyd olunur. Novruz 1922-ci ildə türkmən xalqının qeyd etdiyi rəsmi bayramları sırasına daxil olub. Bu bayram iki gün yəni, martın 21-i və 22-sində keçirilir. Türkmənlər həm də mart ayını Novruz adlandırırlar. Ölkədə onun gəlişinə bir il qabaq hazırlaşırlar. Qazaxlar Novruzu Nauruz adlandırırlar. Bu söz yazın doğulması mənasını verir.Özbəkistanda bayram günü bayram menyusuna xüsusi olaraq fikir verilir. Süfrədə mütləq şurpa (ət bulyonunda bişirilən tərəvəzlər), plov və samsa (göyərtili pirojkilər) olmalıdır.Yaz haqqında nəğmələr oxunur. Sonra şagirdlər Novruz adətləri haqqında videofilmlər izlədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi