Məktəbin Kiçik Akademiyasının loqotipi

Məktəbimizdə BŞTİ - nin 30.04.2021 tarixli F- 103 nömrəli "Ümumtəhsil məktəblərində "Kiçik Akademiya" ların fəaliyyətinin gücləndirilməsinə dair" əmrini əsas tutaraq 18.05.2021 - ci il tarixdə iclas keçirildi. İclasda " Kiçik Akademiyanın" hazırlanmış nizamnaməsinə Fəaliyyət planı təsdiq edildi. Məktəbimizdə KA - ya Tarix müəllimi Dünyamalıyeva Cəvahir Rəhim qızı rəhbərlik edir. Dünyamalıyeva Cəvahir və KA - nın fəal üzvləri loqo hazırladılar. İnformatika müəllimi Yaqubova Bəstinin də köməkliyi ilə gerçəkləşən loqo KA - nın üzvləri və məktəb rəhbərliyi tərəfindən bəyənildi və qəbul edldi. KA - nın loqosunda müxtəlif fikirlər öz əksini tapır : - Vətənimizə, dövlətimizə olan sevgi və ehtiramımızı əks etdirən bayrağımız: - Loqonun arxa fonunda xarıbülbül əks olunub. Bu da şəhidlərimizə ehtiramı və II Qarabağ müharibəsində qazanılan qələbəni ehtiva edir. - Kitab və onun üzərində yazılan "Qüvvət elmdədir" şüarı da əks olunub. - Kitabın digər səhifəsində əks olunan "dəmir yumruq" Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan xalqının iradəsinin, qətiyyətinin,gücünün və inamının rəmzidir.Bu simvol həm də məktəblilərin elm, bilik yolundakı uğurları və gələcək yaradıcılıq işləri üçün stimuldur. Məktəbimizdə yaradılan KA - nın məqsədi müstəqil Azərbaycanımızın işıqlı, xoşbəxt gələcəyi üçün vətənpərvər, geniş dünyagörüşünə malik və şəxsiyyətlər yetişdirməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi