Kiçik Akademiyanın növbəti seminarı

“Kiçik Akademiya”nın sosial –iqtisadi bölməsinin “İqtisadiyyat Kafedrası”na daxil olan şagirdlər növbəti seminar keçirib. Seminarın mövzusu “Sosial-iqtisadi inkişaf istiqamətində dövlətimizin gördüyü işlər”dən bəhs edilib.. Şagidlər ölkəmizin siyasi-sosial-iqtisadi həyatında baş verən sürətli inkişaf islahatlarından, keçirilən səmərəli əməlin tədbirlərindən, demokratik təsisatlardan hazırladıqları təqdimat işlərini oxuyaraq, izah etdilər. Şagirdlər günü-gündən inkişaf edən Azərbyacan Respublikasında baş verən dəyişikliklərdən, respublikamızın gündən-günə güclənən iqtisadiyyatından danışdilar. Təqdimatların sonunda Akademiyanın üzvlərindən biri Hüseynova Vüsalə şagirdlərin tədqiqat işlərinin bəyənildiyini, ölkəmizi inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə çatdırmağın məhz gənclərin əsas vəzifələrdən biri olmasını qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi