XX- ƏSRİN ƏN DƏHŞƏTLİ FACİƏSİ "XOCALI SOYQRIMI"

Xocalı soyqırımı Bu gün 26 fevral 2016-cı il tarixində Respublikamızın bütün rayonlarında əsasəndə Təhsil müəssələrində Xocalı Soyqrımının 24-cü il dönümünə həsr olunmuş Tədbirlər keçirilir. Bakı şəhər Xəzər rayonu 323 nömrəli məktəb olaraq Xocalı Soyqrımı Ana harayı abidəsini məktəbin Təlim Tərbiyə işləri üzrə direktor müvini və bir qrup şagirdlə birlikdə ziyarət etdik. XX- əsrin ən dəhşətli Faciəsi olan Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.7000 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir götürüldü, 150 xocalılı itkin düşdü. BU QƏTLİAMI UNUTMA. 26 fevral 2016-cı il tarixində məktəbimizdə Xocalı Soyqrım qurbanlarının xatirəsinə həsr olunmuş geniş tədbir keçirildi. Tədbirdə məktəbin bütün kollektivi iştirak etdi. Tədbirdə çıxış edən məktəblilər Xocalı soyqırımın o dəhşətli anlarını göz yaşları içərisində qeyd etdilər. Sanki bu faciə 24 il əvvəl deyil daha dünən baş vermişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi