"Uşaq və yeniyetmələrin gigiyenik tərbiyəsi" mövzusunda maarifləndirici söhbət aparılıb

1 noyabr 2024-cü il tarixində Gigiyena Epidemioloji Mərkəzin əməkdaşları tərəfindən məktəbin valideyn komitə sədrlərinin iştirakı ilə "Uşaq və yeniyetmələrin gigiyenik tərbiyəsi.Sağlam həyat tərzinin formalaşmasında onun rolu" mövzusunda görüş keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd şagirdlərin sağlamlığı üçün şəxsi gigiyena qaydalarına düzgün əməl olunması, valideynlərin sanitar maarifinə məktəblinin gigiyenası üzrə söhbət aparmaq olub.
 Görüş zamanı GEM əməkdaşları tərəfindən şagirdlərin şəxsi gigiyena qaydalarına əməl olunmasının hər biri üçün gündəlik vərdişə çevrilməsi,əldə edilmiş vərdişlərin möhkəmləndirilməsində valideynlərin böyük rolu olduğu qeyd olunub.
Bu qaydaları yerinə yetirmək təkcə şagirdin özü üçün  deyil,ətrafdakı insanlar üçün də əhəmiyyətli dərəcədə vacibliyi vurğulanıb.
Daha sonra mövzu üzrə valideynləri  maraqlandıran suallar cablandırılıb.
Görüşdən sonra GEM-nin uşaq və yeniyetmələr üzrə həkimi
 siniflərdə şagirdlərlə şəxsi gigiyenik qaydalar,  haqqında maarifləndirici söhbət aparıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi